"Ermənistan Azərbaycanın özəl şirkətlərinə və brendlərinə qarşı terror hücumu həyata keçirə bilər".
FED.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
"Bizdə olan məlumata görə, Ermənistan assimetrik və hibrid müharibə metodlarından istifadəyə keçməkdədir. Yəni, düşmən terror aktları vasitəsilə müharibə aparmağa hazırlaşır. Terroru dəstəkləyən dövlətlər döyüşdə uduzanda assimmetrik və hibrid metodlardan istifadə edilir. Ermənistanın da belə niyyəti var. Bununla əlaqədar ölkədəki vətəndaşlarımıza və xaricdəki soydaşlarımıza ehtiyatlı olmaq tövsiyə edilib. ASALA və digər terror təşkilatlarının xətti ilə terrora cəhdlər ola bilər”,- Hacıyev deyib. (Marla)