2024-cü ildə azad edilmiş rayonlarda tikinti-quraşdırma işlərinə 5 milyard 982 milyon 63.3 min manat vəsait sərf edilib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu dövrdə ən çox vəsait Kəlbəcər rayonu üzrə xərclənib. Rayona tikinti-quraşdırma işlərinə 1 milyard 374,5 milyon manat olub.
Bundan başqa Laçın rayonu üzrə 894,7 milyon manat, Ağdam rayonunda 809,5 milyon manat, Şuşa üzrə 751,5 milyon manat, Zəngilan rayonu üzrə 552 milyon manat Füzuli rayonu üzrə isə 540,1 milyon manat vəsiat xərclənib.
Cəbrayıl rayonu xərclənmiş vəsaitin həcmi 436,6 milyon manat. Qubadlı rayonuna 316,8 milyon manat yatırım edilib.
Xocavənd rayonuna tikinti işlərinə sərf olunmuş vəsaitin məbləği 115,7 milyon manat təşkil edib. Xocalı rayonunda bu göstərici 70,3 milyon manata, Xankəndi şəhərində 69,5 milyon manat, Ağdərədə isə 50,5 milyon manata bərabər olub.
Rayonlar |
2024-cü il min manat |
Kəlbəcər |
1 374 785 |
Laçın |
894 737 |
Ağdam |
809 488 |
Şuşa |
751 529 |
Zəngilan |
552 038 |
Füzuli |
540 107 |
Cəbrayıl |
436 627 |
Qubadlı |
316 792 |
Xocavənd |
115 739 |
Xocalı rayonu |
70 273 |
Xankəndi |
69 497 |
Ağdərə |
50 453 |