«Laçın rayonunda qanunsuz məskunlaşan ermənilərin çıxarılması prosesi artıq başa çatmaqdadır. Azərbaycan Ordusu hazır vəziyyətdə əmr gözləyir və yaxın saatlarda ermənilərin boşaltdığı Laçın şəhəri və kəndlərdə Azərbaycan bayrağı dalğanacaq».
FED.az xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev bildirib.
Onun sözlərinə görə, son günlər Azərbaycan tərəfinin də apardığı əməliyyatlardan sonra erməni tərəfi Laçını boşaltmağa və Laçın dəhlizini tərək etməyə başlayıb.
Hazırda, yaxın saatlarda Laçın şəhəri, rayonun Zabux və Sus kəndlərinin Azərbaycan tərəfinə təhvil veriləcəyi gözlənilir.
Qeyd edək ki, Laçının boşaldılan ərazilərində aparılan minatəmizləmə işləri zamanı aşkar edilib ki, bu minalar həmin ərazilərə ötən il, ərazi rus qoşunlarının nəzarətində olduğu zaman basdırılıb.
Nəticədə təkcə avqustun 15-20-dək olan dövrdə həmin ərazilərdən 1 318 ədəd Ermənistan istehsallı minalar aşkar edilib və zərərsizləşdirilib.
Ekspert bildirib ki, Ermənistan tərəfinin təxribatları həmişə baş verir, son günlər bu təxribatlar Azərbaycan Ordusunun nəzarətinə veriləcək Laçın rayonu, Laçın dəhlizi, Sus və Zabux kəndlərində də müşahidə edilməkdədir.
Bunun qarşısının alınması üçün «Azərbayan bir neçə gün əvvəl yandırılan evlərin və meşələrin söndürülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Füzuli yanğın söndürmə iidarəsinin bir neçə heyətini texnikalarla birlikdə əraziyə yeritməyə məcbur oldu. Bununla Azərbaycan bir daha göstərdi ki, öz ərazisnidə törədilən təcribatlara laqeyd qala bilməz».
Ekspert bildirib ki, hazırda Azərbaycan Ordusu Laçına daxil olmaq üçün əmr gözləyir: «Hazırda kifayət qədər böyük həcmdə Azərbaycan hərbi qüvvələri Laçının azad olunması və əraziyə yerləşmək üçün əmr gözləyirlər. Eyni zamanda mühəndis hissə və bölmələrimiz Laçın ərazisində, o cümlədən, azad edilən Qırxqız, Sarıbaba, Buzdux və digər hakim yüksəkliklərdə fəaliyyətlərini genişləndiriblər».
Ekspert bildirib ki, ərazidə tapılan minaların buraya rusların nəzarət etdiyi dövrdə basdırılması aşkar edilib: «Təəssüf ki, burada basdırılan minaların əksəriyyəti 2021-ci ilə uyğun gəlir və bu da ondan xəbər verir ki, həmin minalar Azərbaycan ərazilərinə məhz rusların nəzarətində olan buraxılış məntəqələrindən keçiriliblər və rusların birbaşa müşahidəsi altında basdırılıblar. Təbii ki, bu faktlar Azərbaycan tərəfini məyus edir. Və Azərbaycan da bu faktların araşdırılmasını, Rusiya sülhməramlılarının hansı bölmələrinin həmin əraziyə məsuliyyət daşıdığını araşdırıb və aidiyyatı üzrə aktları təşvih verəcək».
Ekspert bildirib ki, Laçının təhvil verilməsi ilə bağlı hələlik yeganə tarixi prezident İlham Əliyev açıqlayıb – avqustun 25-i olaraq. «Ola bilər ki, bu tarix qeyd ediləndə proseslərin müəyyən şissələrində ləngimələrin ola biləcəyi də nəzərə alınıb».
İndi isə Azərbaycan Ordusunun hissə və bölmələri Laçın rayonlarına daxil olmaq üçün əmr gözləyirlər:
«İstinilən halda ordumuz artıq 1 nömrəli hazırlıq vəziyyətindədir, əmr gözləyir. Rusiya qoşunlarının Laçın dəhlizindəki buraxılış məntəqələri artıq artıq sölülərək aparılmaqdadır. FHN-nin maşınları yanğın törədilmə ehtimalı yüksək olan Zabux ərazisində döyüş növbəsi çəkirlər».
Ə.Verdiyev bildirib ki, erməni tərəfinin bu əraziləri tərk etməsi prosesi demək olar ki, artıq başa çatıb. «Ərazidə ermənilərin hərəkəti demək olar ki, müşahidə olunmur. Artıq bu gün mənim aldığım məlumatlara görə, ermənilərin Gorus-Qafan yolunda belə heç bir hərəkət yoxdur. İntensivlik yoxdur, dənə də olsa erməni maşını yoxdur».
«Başqa sözlə desək, artıq Laçın dəhlizi və ordan Xankəndinə hərəkət Ermənistan üçün keçmişdə qalmış bir səhifədir. Yaxın saatlarda, ən geci 48 saata Azərbaycan Ordusu Laçını tamamilə nəzarətə götürəcək və orada bayrağımız dalğalanacaq»-deyə ekspert bildirib.