Azərbaycan tərəfi indiyədək və hərbi əməliyyatlar zamanı ermənilərin nəzarətində olan torpaqlarda baş verənlər haqqında dəqqi məlumatlara malik olub və indi də malikdir.
FED.az xəbər verir ki, bunu prezident İlham Əliyev noyabrın 20-də xalqa müraciətində bildirib.
Dövlət başçısı bildirib ki, indi erməni tərəfi bütün dünyanın aldatmağa çalışır ki, hərbi əməliyyatlar dövründə Dağlıq Qarabağdan guya 90 min erməni qaçıb. Halbuki bu məlumat erməni tərəfinin növbəti saxtakarlığıdır – hərbi əməliyyatlar başlaynada oradakı ermənilərin sayı xeyli az idi: «İndi belə bir rəqəm səsləndirirlər ki, guya, Dağlıq Qarabağdan 90 min erməni qaçıb, qaçqın olub. Yalandır. Dağlıq Qarabağ ərazisində və işğal edilmiş bizim torpaqlarda İkinci Qarabağ müharibəsinə qədər maksimum 60-65 min insan yaşayıb».
Dövlət başçısı bildirib ki, Azərbaycan tərəfinin Dağlıq Qarabağda etibarlı informasiyfa mənbələri olub və onların vasitəsilə Azərbaycan tərəfi hətta erməni separatılarının rəhbəri Araik Arutunyanın harada olduğunu dəqiq bilir: «Biz bunu haradan öyrənmişik? Bizdə operativ məlumat var. Bizim o bölgədə bir çox informasiya mənbələrimiz var və bizim uğurlarımızın səbəblərindən biri də məhz bundadır. Biz tam dəqiqliklə bilirdik və bilirik indi orada nə baş verir, onların xunta başçısı harada gizlənir. Yəqin o da bilir ki, biz bilirdik. Ona görə burnunu çıxara bilmirdi küçəyə, bunkerdə otururdu. Bizim məlumatımız var, mənbələrimiz var, peyk görüntüləri var».