Bu gün Zəfər paradında Azərbaycan Ordusu tərəfindən məhv edilən düşmən texnikalarının üzərindən götürülən nömrələrdən hazırlanmış lövhə nümayiş olunub.
Eləcə də bax: Məhv edilən düşmən texnikalarının nömrələrindən ibarət Lövhə Hazırlanıb - FOTO
FED.az xəbər verir ki, həmin lövhədə 2000-dən çox erməni texnikasının nömrəsi yerləşdirilib. Lövhənin üzərində “QARABAĞ AZƏRBAYCANDIR!” sözləri yazılıb.
Xatırladaq ki, 90-cı illərin əvvəllərində Kəlbəcərdə mülki əhalinin qoyub gəldiyi avtomobillərin üzərindən açılmış nömrələrlə ermənilər divar hörmüşdü.