Martın 18-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.
Füzuli şəhərinin Baş planı ilə tanışlıq - FOTOLAR
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən FED.az-a verilən məlumata görə, mərasimdə Komitənin və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.
Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Füzuli şəhərinə daha 34 ailə - 123 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 596 ailə, 2245 nəfərin daimi məskunlaşması təmin edilib.