İşğaldan azad edilmiş Zəngilan rayonunda yaradılan "Ağıllı kənd"də aqrar sahənin komponentlərinin müasir şəhərsalma elementləri ilə uzlaşdırılması nəzərdə tutulur və çox yaxın gələcəkdə ilk məskunlaşma layihəsi "Ağalı kənd"də baş tutacaq.
Eləcə də bax: Bu il Zəngilandakı "Ağıllı kənd"ə sakinlərin köçürülməsinə - BAŞLANACAQ
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu Bakıda keçirilən UNEC İqtisadi Forumunda çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov deyib.
Onun sözlərinə görə, Ağalı kəndində inşa olunan "Ağıllı kənd"də qurulan "Ağıllı ferma"nın ənənəvi ferma ilə müqayisəli təhlili göstərir ki, "Ağıllı kənd" təsərrüfatı həlləri və "Ağıllı ferma" iqtisadi səmərəlilik göstəriciləri baxımından ənənəvi təsərrüfatların müvafiq göstəricilərindən bir neçə dəfə yüksəkdir.
"Artıq azad olunmuş digər ərazilərdə, Fizuli rayonunun Dövlətyarlı kəndində sayca ikinci "Ağıllı kənd"in təməli qoyulub və icrası üzrə işlər davam etdirilir. İşğaldan azad edilən ərazilərdə dayanıqlı məskunlaşmanı təmin edilməsi üçün burada qurulacaq təsərrüfatların istehsal vasitələri, aqrotexniki xidmətlər, məsləhət informasiya xidmətləri ilə təmin edilməsi də vacib məsələlərdəndir ki, bu istiqamətdə nazirlik tərəfindən lazımı tədbirlər görülüb. Məskunlaşma ilə paralel olaraq bu fəaliyyətlərin də həyata keçirilməsinə başlanılacaq", - deyə nazir qeyd edib.