MÜSİAD Azərbaycan heyəti Prezident İlham Əliyevin Şərqi Zəngəzur iqtisadi rayonu üzrə xüsusi nümayəndəsi Vahid Hacıyevlə görüşüb.
FED.az xəbər verir ki, bu barədə MÜSİAD Azərbaycanın sədri Rəşad Cabirli öz "Twitter" hesabında paylaşım edib.
Onun sözlərinə görə, görüş zamanı Şərqi Zəngəzur iqtisadi rayonu haqqında ətraflı məlumat alınıb.
“Bölgədə investisiya imkanları, investorların cəlb olunması istiqamətində mümkün əməkdaşlıq imkanlarını müzakirə etdik. Səmimi qəbula və diqqətə görə Vahid müəllimə təşəkkürümüzü bildiririk”, – deyə Cabirli paylaşımında bildirib.