Ermənistan mətbuatının guya Azərbaycan xüsusi təyinatlılarına məxsus kalonların Xocavənd rayonunun Taqavard kəndi istiqamətində məhv edilməsi barədə yaydığı məlumatın heç bir əsası yoxdur və düşmənin növbəti uydurmasıdır.
Bu barədə FED.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, döyüş meydanında günü-gündən artmaqda olan itkilərini ört-basdır etməyə çalışan düşmən çıxılmaz vəziyyətdə qaldığı üçün hər dəfə yeni yalan uydurmaq məcburiyyətindədir.