Ötən gün Xankəndidə ermənilər aksiya keçirib.
Eləcə də bax: Ermənilər Laçın dəhlizinə alternativ yoldan istifadəyə başladı - VİDEO
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onlar separatçı rejimin rəhbərindən qondarma “maliyyə”, “təhlükəsizlik şurası” və “nazirlər kabineti” rəhbərlərinin istefaya göndərilməsini tələb ediblər.
Nümayişdə mindən çox şəxsin iştirak etdiyi qeyd olunur.
Aksiya iştirakçıları tələbləri yerinə yetirilənə qədər etirazlarını davam etdirəcəklərini bildiriblər.