Kəlbəcər şəhərinin ətrafında sənaye zonasının yaradılması nəzərdə tutulur.
İlin sonunadək Füzuliyə - 846 AİLƏ KÖÇÜRÜLƏCƏK
FED.az xəbər verir, bunu Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov Kəlbəcərdə keçirilən Əlaqələndirmə Qərargahının Şəhərsalma məsələləri üzrə işçi qrupunun iclasından sonra jurnalistlərə bildirib.
O qeyd edib ki, sənaye zonasında müxtəlif tipli müəssisələrin tikintisi nəzərdə tutulur: “Bundan əlavə bir neçə müəssisələrdə sənaye zonaları üçün yerlər ayıracağıq. Kəlbəcər çox zəngindir. Burada kənd təsərrüfatı, turizm, emal sənayesi üçün imkanlar var". (Report)