“Hazırda Prezidentin göstərişi ilə mühüm bir proqram - keçmiş köçkünlər üçün tikilən mənzillərin şəhid ailələrinə verilməsi üçün həmin mənzillərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilməsi işləri aparılır”.
FED.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev ötən ilin yekunlarına və bu ilki sosial hədəflərə həsr olunmuş kollegiya iclasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, ərazilərin işğaldan azad edilməsindən sonra şəhid ailələrinin, müharibə iştirakçılarının, müharibədən zərər çəkənlərin sosial dəstəklə təmin olunması işləri başlanıb.
Bu sahədə işlər qarşıdakı dövrdə daha da genişlənəcək.
Nazir qeyd edib ki, 2020-ci il üzrə 1500 şəhid ailəsi və müharibə ilə əlaqədar əlilliyi olan şəxsin mənzillə və fərdi evlə təminatı uğurla icra olunub. Hazırda mühüm bir proqram - keçmiş köçkünlər üçün tikilmiş mənzillərin şəhid ailələrinə verilməsi üçün həmin mənzillərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilməsi işləri aparılır və artıq bu işlər yekunlaşandan sonra yaxın aylarda şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunmasına başlanacaq.