“May ayının sonu, iyun ayının əvvəllərinə qədər Şuşaya 370 ailənin, 1450 nəfərin köçürülməsi planlaşdırılır. Bundan sonra da mərhələli şəkildə köç davam edəcək və hər bir şuşalı öz doğma torpağında şad-xürrəm yaşayacaq”.
"İlin sonuna qədər ən azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək"
FED.az xəbər verir ki, bunu Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva deyib.
O bildirib ki, bu gün şuşalılar çox xoşbəxtdir:
“İnsanlarımız çox sevinclidirlər. Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, Müzəffər Ordumuza, qazilərimizə, şəhidlərimizə minnətdarıq. Ali Baş Komandanın böyük siyasəti, diplomatiyası, rəşadəti sayəsində bu xoşbəxtlik bizə nəsib olub. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin!” (Apa)