"Şuşa praktiki olaraq əlbəyaxa döyüşlər nəticəsində, heç bir pilotsuz uçuş aparatı və ya müasir texnologiya olmadan nəzarət altına alındı".
FED.az xəbər verir ki, bu barədə Fransanın "Le Monde" qəzetinin Xankəndidə olan müxbirləri yazıb.
"Yaralılar əsasən, güllə və bıçaq xəsarətləri ilə Şuşadan gətirilirdi. Pulemyot və ya tüfəng yaraları ilə deyil, tapança və bıçaq yaraları ilə. Bu o deməkdir ki, şəhər demək olar ki, əlbəyaxa döyüşlər nəticəsində alındı. Üstəlik, azərbaycanlılar yaralıları da döyüş meydanında qoymadılar - onlar da şəhərə aparıldı", - deyə qeyd olunub.