Mən ötən gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı aparmışam. Telefon danışığı zamanı Laçın yolundakı vəziyyəti müzakirə etdik.
FED.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları 9 noyabr 2020-ci il tarixliüçtərəfli bəyanata əsasən, Laçın yolu yük maşınları, nəqliyyat vasitələri və mülki sakinlərin hərəkəti üçün açıq olmalıdır.
“Hesab edirəm ki, məsələ yaxın vaxtlarda həll olunacaq”, - Lavrov vurğulayıb. (Apa)