Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun Sus kəndinə növbəti köç karvanı yola salınıb.
"İlin sonuna qədər ən azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək"
FED.az xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı mayın 24-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Bu mərhələdə Laçınrayonunun Sus kəndinə 39 ailə, 140 nəfər köçürülüb.
Xatırladaq ki, indiyədək Laçın rayonunun Sus kəndində 59 ailənin, yəni 215 nəfərin daimi məskunlaşması təmin edilib.