Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Adambaşına 25 m2 mənzil sahəsi, ailəyə 12 sot həyət, 3-8 mərtəbəli binalar – Füzuliyə Qayıdış 2040-cı ilədək davam edəcək – MÜSAHİBƏ
FED.az xəbər verir ki, avqustun 16-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 18 ailə - 65 nəfər köçürülüb.
Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Laçın şəhərində 221 ailə, yəni 858 nəfərin daimi məskunlaşması təmin edilib.
***
Daha 18 ailə (65 nəfər) Laçına yola salınır.
FED.az xəbər verir ki, bu gün növbəti köç karvanı Lökbatanda məcburi köçkünlər üçün salınmış “Qobu park 3” yaşayış kompleksindən yola düşür.
Qeyd edək ki, bugünkü köç də nəzərə alınmaqla, indiyədək Laçında 221 ailə, yəni 858 nəfərin daimi məskunlaşması təmin edilir.