Bu ilin sonunda Laçın şəhərinin bərpasının ikinci mərhələsinə başlanılması nəzərdə tutulur. Sakinlər üçün həm çoxmənzilli, həm də fərdi evlərin tikilməsi planlaşdırılır.
FED.az xəbər verir ki, bunu Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.
M.Məmmədov bildirib ki, işğaldan azad edilmiş Laçın rayonunda qısa müddətdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilib.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq bu işlər davam etdirilir. Keçmiş məcburi köçkünlər doğma yurdlarına köçürülür. Bu ilin ikinci yarısında Bəylik və Güləbird kəndlərində fərdi evlərin tikintisi nəzərdə tutulur”, - deyə Məsim Məmmədov vurğulayıb (AzərTac).