Sosial şəbəkələrdə, o cümlədən feysbuk və teleqram kanallarda ermənilərin Azərbaycan ərazilərində vandallığını sübut edən yeni foto və videogörüntülər yayılıb.
FED.az xəbər verir ki, kadrlarda Laçın rayonu, Zabux və digər ərazilərdə qanunsuz məskunlaşan erməni sakinin yaşadığı evə od vurması əks olunub.
Onlardan biri bildirib ki, evini yandırmasının səbəbi kəndin Azərbaycana geri qaytarılmasıdır, bildirb ki, evin azərbaycanlılara qalmaması üçün yandırır. O erməni hərbçilərini, Ermənistan rəhbərliyini oyunlar oynamaqda ittiham edir, onların ünvanına söyüşlər işlədir.
Xatırladaq ki, evini yandıran erməni Aram İsaxanyandır, o bir gün əvvəl verdiyi müsahibədə bildirmişdi ki, Laçına 1994-ildən (yəni Laçının ermənilər tərəfindən işğalından sonra) köçürülüb:
«28 ildir burada yaşayırdım elə bilirdim həmişə burada yaşayacam» - deyə o bildirib.
O ermənistan hökumətinin verəcəyi kompensasiyanın azlığından da şikayətlənib: «Hökumət buna görə 10 milyon dram (təqribən 24 min dollar) kompensasiya verir, amma bu kifayət deyil».
Bəzi ermənilər isə bu kəndlərdə basdırdıqları yaxınlarının qəbirlərini dagidaraq, qalıqlarını da özləri ilə aparırlar.