Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayı üzərindəki sərhəd-buraxılış məntəqəsində pasport yoxlanışı postu qurulub və Azərbaycan gömrük əməkdaşları fəaliyyətə başlayıblar.
FED.az xəbər verir ki, bununla bağlı həm pasport yoxlama məntəqəsi, həm də xidmətə başlayan gömrükçülərin fotoları sosial şəbəkələrdə yayılmağa başlayıb.
Azərbaycan Gömrük xidmətinin əməkdaşları Laçın-Xankəndi yolunun başlanğıcında Ermənistan ilə sərhəddə qurulan sərhəd buraxılış məntəqəsində xidmətə hazırdılar.
Bununla yanaşı, hələlik rəsmi qurumlar Laçındakı sərhəd buraxılış məntəqəsində sözügedən xidmətlərin başlamiası barədə rəsmi məlumat açıqlamayıblar.