Günlərdir davam edən, Laçın-Şuşa yolunda ekoloq, qeyri-hökumət təşkilatları nümayəndələrinin, ictimai fəallar və könüllülərin keçirdiyi etiraz aksiyasına müxtəlif formada dəstək kampaniyaları davam etməkdədir. Bu dəfə sözügedən mövzuya diqqət çəkmək üçün Nyu Yorkun mərkəzində, Times Meydanında təbliğat posterləri yayımıanıb.
Ruslar bu dəfə də Azərbaycan heyətini - Qarabağdakı Yataqlara Buraxmadı
FED.az xəbər verir ki, Kampaniya Azərbaycanın tanınmış meyvə-tərəvəz idxal-ixracat şirkəti Agromix və Mediamark Agentliyi tərəfindən həyata keçirilib.
“Agromix” şirkətinin sahibi Gülpəri Bayramova bildirib ki, Şuşa-Xankəndi yolunda vətəndaş cəmiyyəti təmsilçilərinin və gənclərimizin etiraz aksiyasına dəstək olmaq hər birimizin istəyidir: "Qərara gəldik ki, bunu daha fərqli formada həyata keçirək, ABŞ-da, Nyu Yorkun mərkəzində "Qarabağ Azərbaycandır", "Təbiəti Qoruyaq" şüarları ilə dəstək kampaniyası təşkil etdik".
Qeyd edək ki, artıq 7-ci gündür ki, Laçın-Şuşa yolunda ekoloq, qeyri-hökumət təşkilatları nümayəndələri, ictimai fəallar və könüllülər Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına qarşı aksiya keçirir.