Banner
Banner
Fed.az
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
      • Test
  • Az
    • Az
    • Ru
Banner
Banner

Qarabağ

  1. Ana səhifə
  2. Qarabağ
  1. Qarabağ

Laçın: Rus sülhməramlılarının nəzarəti altında həyat - QARABAĞDAN REPORTAJ

Laçın: Rus sülhməramlılarının nəzarəti altında həyat - QARABAĞDAN REPORTAJ | FED.az
10:25 8 Mart 2021

Azərbaycan Qarabağ sıra dağlarının cənub-qərb yamacında yerləşən kiçik Laçın şəhərinin qaytarılmasını az qala 30 il gözləyib. Şəhər bu regionda    Xankəndini  Ermənistanla birləşdirən çox mühüm yol üzərində yerləşir. Yaxın bir neçə il ərzində bu gərginlik qovşağına Rusiya hərbçiləri nəzarət edəcək. Laçında onlar öz qaydalarını tətbiq ediblər.

FED.az  "BBC News Azərbaycanca"-ya istinadən xəbər verir ki, kiçik Horadiz şəhərindəki hərbi nəzarət-keçid məntəqəsi sanki Azərbaycanın qaytarılmış ərazilərinə açılan darvazadır. Cəmi altı ay bundan əvvəl şərqdən qərbə gedən bu marşrut keçilməz olub. Yol Araz çayının sol sahili boyunca dövrələnir. Sol sahildə arabir İran yaşayış məntəqələri gözə çarpır.

İlin bu yaz fəslində palçıqlı yolu yalnız hərbi maşınlar çətinlik çəkmədən keçə bilir.

İşıqlaşır, lakin hava tutqundur, ətrafı duman bürüyür. Yolun birinci saatı pəncərədən müharibə mənzərələri görünür. Hərbi texnika, tökülüb qalmış tırtıllar və sonu görünməyən xarabalıq - kilometrlər uzunu bir salamat bina belə yoxdur.

Bu kəndlərdə yaşayan azərbaycanlılar Birinci Qarabağ müharibəsi zamanı öz evlərini tərk ediblər. Dağılmış divarlar, sındırılmış pəncərələr, əyilmiş hasarlar və paslı darvaza qapıları o zamandan bəri bura heç kəsin qayıtmadığından xəbər verir.

Yalnız Laçına gedən yolun yarısında, Qoturbulaq kəndinin yaxınlığında damı salamat qalmış ilk bina göründü. Dörd ay bundan əvvəl burada üzərinə qəsəbənin erməni dilində adı - "Ağadzor" - yazılmış yol göstəricisi dururdu. İndi yolqırağına atılan bu nişan palçıq içindədir, bu yaxınlara qədər ermənilərin yaşadığı binalarda isə Azərbaycan əsgərləri məskunlaşırlar.

Mülkiləri bu ərazilərə hələ buraxmırlar - ərazilər minalanmış ola bilər.

Müşahidə-keçid məntəqəsi

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Üç saatdan sonra dağ yolu növbəti nəzarət-keçid məntəqəsinə dirənir. Şlaqbaumun arxasında tikanlı məftilli möhkəm istehkamlar görünür. Gizlədilmiş zirehli maşın gözə dəyir. Hərbçi yolu kəsən bloklar üzərinə qırmızı-ağ zolaqlar çəkir.

Balaca sarı rəngli lövhəyə qırmızı hərflərlə: "Laçın təhlükəsizlik dəhlizi. RF sülhməramlı qüvvələri" yazılıb. Nəzarət-keçid məntəqəsinin üzərində bir neçə Rusiya bayrağı ucalır.

Müşahidə-keçid məntəqəsi

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Azərbaycan hərbçilərinin nəzarət-keçid məntəqəsindən keçməsi Rusiya hərbçiləri ilə razılaşdırılmalıdır.

"İlk zamanda Azərbaycan zabitləri keçmək məsələsini bizim sülhməramlılarla razılaşdırmaq lazım olduğuna görə hiddətlənirdilər. Formal olaraq, bura onların ərazisidir. Lakin bizim sülhməramlılar hazırlıqlı oğlanlardır, izah edirdilər ki, sülh razılaşmasının şərtləri belədir. O razılaşmanın altında Azərbaycan Prezidentinin imzası var. Odur ki, zəhmət olmasa, şərtləri yerinə yetirin," - şərh vermək səlahiyyəti olmadığı üçün adının açıqlanmamasını xahiş edən Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi BBC Rus xidmətinə deyib.

Meyitlər içində yol

Rusiya sülhməramlıları Laçında

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Rusiya zabitləri dərhal çəkiliş aparmağa qadağa qoyur, suallara cavab verməkdən imtina edirlər. Müqavilə əsasında qulluq edən əsgərlər kamera və mikrofondan çəkinirlər, lakin fərdi söhbətdə necə yaşadıqları barədə danışmağa hazırdırlar. Çoxları üç aydır dağların üstündəki postlarda durur - xarici aləmlə ünsiyyət çatışmır.

"Bizə internet istifadə etmək qadağandır. Əyləncələrdən - televizor var, lakin burada heç bir kanal tutmur, odur ki, o bizdə daha çox mebel kimidir. Hərdən disklərdə filmlərə baxırıq, - adının açıqlanmasını istəməyən hərbçilərdən biri deyir. - Mən boş vaxtda kitab oxuyuram. İndi Ayn Rand-ın "Həyatın qaynağı"nı oxuyuram. Lakin tezliklə bitirəcəyəm. Təəssüf, daha yeni kitablar yoxdur. Bizdə burada bir neçəsi var, amma onlar xoşuma gəlmir. Mənim Remark çox xoşuma gəlir. Onda, bilirsiniz, həm müharibə, həm məhəbbət barədə var".

Növbətçilikləri bitəndən sonra əsgərlər turnikdə məşq edir, yaxşı havada qaçışla məşğul olurlar, lakin dağlarda çox vaxt duman olur. Əsas təhlükə minalardır. Bəziləri torpaqda 90-cı illərin əvvəlindən qalıb, digəri son yarım ildə peyda olub.

Laçın Azərbaycan Dağlıq Qarabağ Qarabağ İkinci Qarabağ Müharibəsi Qarabağ münaqişəsi mina təhlükəsi

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Dekabrda bir Rusiya zabiti Azərbaycanın qaytardığı Şuşada minaya düşüb. Müdafiə Nazirliyinin məlumatına görə, hərbçi xəstəxanada ölüb. Daha sonra başqa bir Rusiya zabiti də minaya düşüb, lakin sağ qalıb, - o, həlak olanların cəsədlərinin axtarışı və mübadiləsi qrupuna daxiliydi. Yerlilər daha bir sülhməramlının minadan təmizləmə işləri zamanı yaralandığını deyirlər, lakin onun adını bilmirlər.

"Burada qördüyüm ən dəhşətlisi "Qızıl Xaç"la birgə həlak olanların axtarışı işidir, - axtarış missiyasının bir üzvü etiraf edir. - Biz mina sahələrinə də girmişik, çaqqalların tikə-tikə diddikləri cəsədlər görmüşük. Yadımdadır, Şuşaya işləməyə gəlmişdik, orada isə bütün yol meyit içindəydi. Gənc 18-19 yaşlı erməni oğlanlar. Dəhşət".

"Haqq üçün demək lazımdır, öz gözümlə görmüşəm, - o davam edi, - azərbaycanlı əsgərlər yeni mövqelər tutarkən, bir çox həlak olmuş erməniləri torpağa basdırırdılar - beləliklə cəsədləri çaqqallardan xilas edirdilər. Harada ki, həlak olanları basdıra bilməyiblər, orda biz bədən hissələri və ayrı-ayrı sümüklər tapırıq".

"Uşaq bağçası"

Laçının küçələri boşdur. Rəsmi rəqəmlərə görə, şəhərdə hazırda 80 yerli var, qalanı hərbçilərdir. Sakinlər jurnalistlərlə həvəssiz danışırlar, nəsə söyləyəndə isə hər ehtimala qarşı adlarını məxfi saxlamağı xahiş edirlər.

Laçın Azərbaycan Dağlıq Qarabağ Qarabağ İkinci Qarabağ Müharibəsi Qarabağ münaqişəsi

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Laçına qabaqcadan razılaşdırmamış yalnız Ermənistan pasportu olanlar gedə bilər. Başqaları xüsusi icazə almalıdırlar. Həftədə üç dəfə Laçın dəhlizindən Azərbaycan hərbi maşın karvanı keçir, onlar Şuşada və indi Bakının nəzarətində olan başqa məntəqələrdə yerləşən bölmələr üçün təchizat aparırlar.

Karvanı Rusiya sülhməramlıları müşayiət edir, lakin dar dağ yolunda hər iki tərəf daim bir-birini sıxışdırmalı olur. Azərbaycan karvanı keçdiyi vaxt birdən onu Ermənistan nömrəsi ilə minik avtomobili ötüb keçir. Sərnişin oturacağında əyləşən kişi orta barmağını azərbaycanlılara göstərərək baş verənləri telefonu ilə çəkir.

Karvanın başında gedən Rusiya sülhməramlıları tələb edirlər ki, minik avtomaşını dayansın, lakin maşın hərbçilərin tələbinə məhəl qoymayıb sürətlə ötür. Onu növbəti postda dayandırırlar.

Yerli sakinlər deyirlər ki, azərbaycanlılar da tez-tez burada kimin sahib olduğunu nümayiş etdirməyə çalışırlar - Laçından keçərkən, maşının pəncərəsindən Azərbaycan bayrağını asırlar. Belə halların videosu dərhal sosial şəbəkələrdə peyda olur və yeni münaqişələrə təhrik edir.

Müharibə qurtardıqdan bir neçə ay keçmiş yerlilər tədricən yeni qaydalara öyrəşməyə başlayıblar. Rusiyalı sülhməramlılar da qaydaları pozanlarla çox da bənd olmurlar, ehtiraslar xeyli səngiyib.

Qoyunlar - qayda pozanlar

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

"Hər biri qarşı tərəfə bu torpağın kimin olduğunu göstərmək istəyir. Özü də elə axmaq üsullarla bunu edirdilər ki. Həqiqətən, yanımızdan sürüb keçərkən, dillərini göstərirlər. Uşaq bağçası..." - yerli sakin deyir.

Ermənilərlə azərbaycanlılar arasında toqquşma sülhməramlıların yeganə problemi deyil. Bəzən hərbçilər yerli qoyunların taleyini həll etməli olur. Qoyunlar daim sülh sazişini pozmağa can atır. İllərlə çobanlar bu rayonda qoyunları otlaqlara sürəndə dövlət sərhədlərinə o qədər də məhəl qoymayıblar - bütün ətraf ərazilərə ermənilər nəzarət edirdi. İndi Laçın dəhlizinin xaricində Azərbaycan hərbçilərinin nəzarət-keçid məntəqəsi yerləşir.

"Hörmətli yoldaş, kömək et! Yenə qoyunlar dumana gedib, 300 baş! Tez sülhməramlılara zəng elə, yoxsa qoyunlarım o tərəfə gedər. Keçən dəfə azərbaycanlılar 20 baş qoyunumuzu qaytarmayıblar!"

Sabahısı gün qoyun sürüsü yenidən sülhməramlıların yolunu keçib. Çoban sürünü Azərbaycan karvanının keçməsindən bir dəqiqə əvvəl yola çıxarıb. Yaxşı ki, müşayiət edən maşın öz siqnalı ilə qoyunları qorxudub - beynəlxalq qalmaqaldan qurtarıb.

Balaca adamlar

Hərbi konvoy

Müqəddəs Dirilmə  kilsəsinin oyma naxışlı taxta qapıları bağlıdır. Məbəd ötən ilin noyabrın sonundan işləmir, lakin yerlilər hətta bağlı qapıların qarşısında ibadət etməyə gəlirlər - əbədin perimetri üzrə çıxıntılar üstündə yanıq-yanıq olmuş qəndil və şam qalıqları durur.

"Biz keşişin heç olmasa bazar günü gəlməsini xahiş edirik. Ancaq o gəlmir. Yəqin qorxur", - kənardan keçən yerli sakin deyir.

Yoldan sülhməramlıların maşını sürətlə keçir. "Sağa sıxılın, karvanı buraxın", - səsucaldanla maşından əmr edirlər. Yerli süd satan yavaşıyır və yolun kənarına sıxılır. Deməli, azərbaycanlılar keçir.

Yerli sakinlər söyləyirlər ki, ilk zamanlar sülhməramlılar istisnasız olaraq bütün maşınları yoxlayırdı - təxribatdan, yaxud silahlı toqquşmadan ehtiyatlanırdılar, ona görə, ilk növbədə silah axtarırdılar. İndi ara-sıra, əsasən yük maşınları və mikroavtobusları yoxlayırlar. Deyirlər, beləliklə soyğunçuluğun qarşısını almağa çalışırlar.

Aida Balikyan

Şəklin alt yazısı,

Aida Balikyanın sözlərinə görə, indi əsas problem soyunçuluqdur.

"Ailəmizin burada üç evi var. Mərkəzdə yerləşir. Yoldan bir kilometrə yaxın. Biz hər gün ora gedə bilmirik - qapılar kilidlənib. Oğlum bu yaxınlarda gedib, deyir, qapını sındırıblar. Artıq ikinci oğlumunkunu da sındırıblar". Aida Balikyanın özü Laçın mağazasında satıcıdır, bir həftədir, evində olmayıb.

Sülhməramlılar, əlbəttə, asayişə nəzarət edirlər, lakin Aidanın dediyinə görə, soyğunçular bilirlər nə vaxt gəlsinlər ki, patrulla rastlaşmasınlar. Başqa Laçın sakinləri söyləyirlər ki, bir vaxt soyğunçular lap ürəklənmişdilər - günün günorta çağı evlərin damlarını sökürdülər. Onları atəşə tutdular, o vaxtdan oğurluq kəsilib.

Tərkedilmiş ev

Şəklin alt yazısı,

Laçında bir çox evlər tələsik tərk edilib.

"Mən onu bilirəm ki, bunu edənlər azərbaycanlılar deyil, bizimkilərdir", - Aidanın izahatı da var. - "Onlar yaxşı gündən bunu etmir. Elektrik məftillərini belə qopardırlar ki, satıb birtəhər dolasınlar".

"Heç kəs bilmir, bundan sonra nə və necə olacaq. Bir qonşu kənddə belə olub: gecə saat 12-də gəlib deyiblər ki, getmək lazımdır. İnsanlar bilmirdi, özləri ilə nə götürsün". Larisa əri ilə şəhərdə ikinci işləyən mağazanı saxlayır. Burada həm qalmış yerli sakinlər, həm də Rusiya sülhməramlıları alver edirlər.

Market

"Biz heç nəyi həll etmirik. Bizim əvəzimizə böyük dövlətlər həll edir. Bizə bununla birtəhər yaşamaq qalır, necəsə uyğunlaşmaq qalır. Biz çox balaca adamlarıq ki, bundan sonra nə olacağını bilək".

Özü haqqında Larisa deyir ki, Laçından heç vaxt getməyib, çünki "hər yerdə müharibə ola bilər", bir də ki, "doğma evdən hara gedəsən".

O, indi də, şəhər boşaldıqdan və sülh razılaşmasına əsasən, Azərbaycanın bir hissəsi olduqdan sonra, buradan getməyə hazırlaşmır - sonadək burada yaşayacaq, nə qədər mümkün olsa. Azərbaycan Qarabağ sıra dağlarının cənub-qərb yamacında yerləşən kiçik Laçın şəhərinin qaytarılmasını az qala üç onillik gözləyib.

Şəhər bu regionda Dağlıq Qarabağın "paytaxtı" Stepanakerti (Xankəndi - BBC News Azərbaycanca) Ermənistanla birləşdirən çox mühüm yol üzərində yerləşir. Yaxın bir neçə il ərzində bu gərginlik qovşağına Rusiya hərbçiləri nəzarət edəcək. Laçında onlar öz qaydalarını tətbiq ediblər.

Larisa

Şəklin alt yazısı,

"Biz heç nəyə qərar vermirik. Böyük dövlətlər bizim əvəzimizə qərar verir," - Laçında bir mağazada satıcı işləyən Larisa deyir.(BBC)

Banner
Banner
  • Qarabağ
  • Laçın
  • reportaj
Paylaş

Digər xəbərlər

Zakir Həsənov antiterror tədbirləri zamanı bütün istiqamətlər üzrə hərbi uğurlar qazanıldığını  - AÇIQLAYIB
Qarabağ 21 Sen 2023
Zakir Həsənov antiterror tədbirləri zamanı bütün istiqamətlər üzrə hərbi uğurlar qazanıldığını - AÇIQLAYIB
MN: Xankəndiyə hücumla bağlı məlumatlar yalandır
Qarabağ 21 Sen 2023
MN: Xankəndiyə hücumla bağlı məlumatlar yalandır
Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilir - FOTOLAR
Qarabağ 21 Sen 2023
Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilir - FOTOLAR
“Azərbaycan əsgərləri Xankəndinin girəcəyində durub, postlar qoyulub” – Erməni deputatdan açıqlama
Qarabağ 21 Sen 2023
“Azərbaycan əsgərləri Xankəndinin girəcəyində durub, postlar qoyulub” – Erməni deputatdan açıqlama
Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş başlayıb - FOTO
Qarabağ 21 Sen 2023
Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş başlayıb - FOTO
Qarabağın erməni sakinlərinin nümayəndələri ilə dialoq dəstəklənir - SORĞU
Qarabağ 21 Sen 2023
Qarabağın erməni sakinlərinin nümayəndələri ilə dialoq dəstəklənir - SORĞU
Ərdoğanla İlham Əliyev arasında  antiterror tədbirləri barədə fikir mübadiləsi aparılıb
Qarabağ 21 Sen 2023
Ərdoğanla İlham Əliyev arasında antiterror tədbirləri barədə fikir mübadiləsi aparılıb
Azərbaycanı danışıqlarda o - TƏMSİL EDİR
Qarabağ 21 Sen 2023
Azərbaycanı danışıqlarda o - TƏMSİL EDİR
Qarabağda 5 min erməni - TƏXLİYƏ EDİLDİ
Qarabağ 21 Sen 2023
Qarabağda 5 min erməni - TƏXLİYƏ EDİLDİ
Qarabağın erməni sakinlərinin nümayəndə heyəti Yevlaxda - CANLI YAYIM
Qarabağ 21 Sen 2023
Qarabağın erməni sakinlərinin nümayəndə heyəti Yevlaxda - CANLI YAYIM
Qarabağın erməni sakinlərinin nümayəndələri - YEVLAXA GƏLDİ
Qarabağ 21 Sen 2023
Qarabağın erməni sakinlərinin nümayəndələri - YEVLAXA GƏLDİ
Ordumuz 30 il sonra Ağdərənin Çərəkdar kəndinə daxil oldu - VİDEO
Qarabağ 21 Sen 2023
Ordumuz 30 il sonra Ağdərənin Çərəkdar kəndinə daxil oldu - VİDEO
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Son illərdə ilk dəfə dövlət büdcəsi kiçiləcək – BÜDCƏ RƏQƏMLƏRİ AÇIQLANDI
    13:40 21 Sen 2023
  • Hansı hallarda vergi orqanı bazar qiyməti - TƏTBİQ EDƏ BİLƏR?
    13:03 21 Sen 2023
  • Valyuta hərracı keçirildi - NƏTİCƏ
    12:54 21 Sen 2023
  • Azərbaycanda 6 dövlət obyekti icarə müsabiqəsinə çıxarılıb - SİYAHI
    12:47 21 Sen 2023
  • Zakir Həsənov antiterror tədbirləri zamanı bütün istiqamətlər üzrə hərbi uğurlar qazanıldığını - AÇIQLAYIB
    12:42 21 Sen 2023
  • MN: Xankəndiyə hücumla bağlı məlumatlar yalandır
    12:39 21 Sen 2023
  • bp Qarabağda günəş elektrik stansiyası layihəsi üzrə - YENİ SAZİŞ İMZALAYIB
    12:34 21 Sen 2023
  • 28 dərəcə isti - SABAHIN HAVA PROQNOZU
    12:29 21 Sen 2023
  • Azərbaycan brokerləri Rusiyada valyuta ticarətində - İŞTİRAK EDƏ BİLƏCƏK
    12:24 21 Sen 2023
  • "Prezidentin rəsmi saytına saniyədə 4 milyondan çox DDOS hücum olub"
    12:18 21 Sen 2023
  • Azərbaycanda MMC-lərlə bağlı bir sıra - YENİLİKLƏR OLACAQ
    12:12 21 Sen 2023
  • Azərbaycanda “Big data”, süni intellekt, "Əşyaların interneti", dron texnologiyaları - DÖVRÜ BAŞLAYIR
    12:06 21 Sen 2023
  • Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilir - FOTOLAR
    12:01 21 Sen 2023
  • Sahibkarların vergi yükü - AZALDILACAQ
    11:53 21 Sen 2023
  • “Azərbaycan əsgərləri Xankəndinin girəcəyində durub, postlar qoyulub” – Erməni deputatdan açıqlama
    11:49 21 Sen 2023
  • Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş başlayıb - FOTO
    11:45 21 Sen 2023
  • Aqrar Sığorta Fondu fermerlərə dəyən zərəri ödəməyə başlayacaq – Qazaxda görüş keçirildi - FOTOLAR
    11:36 21 Sen 2023
  • Təcili: Vergi və gömrük rüsumları dəyişdiriləcək - BAŞ NAZİR TOPLANTI KEÇİRDİ
    11:31 21 Sen 2023
  • Qarabağın erməni sakinlərinin nümayəndələri ilə dialoq dəstəklənir - SORĞU
    11:27 21 Sen 2023
  • Ərdoğanla İlham Əliyev arasında antiterror tədbirləri barədə fikir mübadiləsi aparılıb
    11:21 21 Sen 2023
  • Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə - HƏRRAC KEÇİRİLƏCƏK
    11:17 21 Sen 2023
  • Azərbaycan Rusiya və Gürcüstana bioloji fəal qida əlavələri - İXRAC EDƏCƏK
    11:11 21 Sen 2023
  • Gəncədə ticarət mərkəzinin bir hissəsi - ÇÖKDÜ
    11:07 21 Sen 2023
  • “Avrora” MMC-də qanvermə aksiyası keçirilib - FOTOLAR
    11:00 21 Sen 2023
  • Azərbaycanı danışıqlarda o - TƏMSİL EDİR
    10:58 21 Sen 2023
  • “Silk Way Aviaşirkəti” - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    10:54 21 Sen 2023
  • KİV: Paşinyan istefa verməyəcəyini bildirib
    10:37 21 Sen 2023
  • Qarabağda 5 min erməni - TƏXLİYƏ EDİLDİ
    10:32 21 Sen 2023
  • Qarabağın erməni sakinlərinin nümayəndə heyəti Yevlaxda - CANLI YAYIM
    10:26 21 Sen 2023
  • Qarabağın erməni sakinlərinin nümayəndələri - YEVLAXA GƏLDİ
    10:22 21 Sen 2023
  • Neft ucuzlaşıb - SON QİYMƏT
    10:02 21 Sen 2023
  • Ordumuz 30 il sonra Ağdərənin Çərəkdar kəndinə daxil oldu - VİDEO
    09:57 21 Sen 2023
  • Meyvə-tərəvəz ixracı - 13 FAİZDƏN ÇOX ARTIB
    09:49 21 Sen 2023
  • Qarabağın erməni sakinlərinin nümayəndə heyəti - YEVLAXA GƏLİR
    09:43 21 Sen 2023
  • İqtisadiyyat Nazirliyinin qurumuna rəhbər - TƏYİN EDİLDİ
    09:40 21 Sen 2023
  • Səkkiz ayda Azərbaycana 402 milyon dollarlıq dərman - İDXAL EDİLİB
    09:27 21 Sen 2023
  • Rəsmi məzənnələr - AÇIQLANDI
    09:22 21 Sen 2023
  • Qərb şirkətləri sanksiyalara baxmayaraq, Rusiyada böyük qazanc əldə edir
    09:16 21 Sen 2023
  • Azərbaycan nefti ucuzlaşıb - SON QİYMƏT
    09:12 21 Sen 2023
  • SOCAR-ın prezidenti bp şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb
    09:03 21 Sen 2023
  • "Invest AZ" QSC işçi axtarır - VAKANSİYA
    00:05 21 Sen 2023
  • "Xalq Bank" işçi axtarır - VAKANSİYA
    00:03 21 Sen 2023
  • Lombard şirkəti işçi axtarır - MAAŞ 1200 MANAT - VAKANSİYA
    23:47 20 Sen 2023
  • "Bank Respublika" ASC işçilər axtarır - VAKANSİYALAR
    23:42 20 Sen 2023
  • "Almond Park" işçi axtarır - MAAŞ 2000-3000 MANAT - VAKANSİYA
    23:30 20 Sen 2023
  • "Prior Leasing" işçilər axtarır - MAAŞ 482-554-970-1108 MANAT - VAKANSİYALAR
    23:14 20 Sen 2023
  • "Əməliyyatdan sonra vasitəçilərdən qeyri-müəyyən siqnallar gəlirdi" - İlham Əliyevin xalqa müraciəti - TAM MƏTN
    22:46 20 Sen 2023
  • İlham Əliyev xalqa müraciət edir - CANLI YAYIM - VİDEO
    20:37 20 Sen 2023
  • "Karvan L" işçilər axtarır - MAAŞ 1000 MANAT - VAKANSİYALAR
    20:32 20 Sen 2023
  • Azərbaycan şirkəti işçilər axtarır - MAAŞ 800-1200-1800-2000-2200-3000-3500 MANAT- VAKANSİYALAR
    20:19 20 Sen 2023
  • Qarabağda Rusiya sülhməramlıları atəşə tutuldu - ÖLƏNLƏR VAR
    20:01 20 Sen 2023
  • Azərbaycan Dövlət Dəniz Akademiyasının tenderinin qalibi - BU ŞİRKƏT OLDU
    18:36 20 Sen 2023
  • "Sülh sazişi layihəsi ilə bağlı 70 faiz məsələ razılaşdırılıb"
    18:22 20 Sen 2023
  • İranda çörək - BAHALAŞIB
    18:11 20 Sen 2023
  • FHN-nin tenderinin qalibi - AÇIQLANDI
    18:01 20 Sen 2023
  • "AzəriMed" şirkətinə daha iki işçi lazımdır - TƏCİLİ VAKANSİYA
    17:58 20 Sen 2023
  • Dövlət Agentliyinin tenderinin qalibi - “Baku Digital” MMC oldu
    17:54 20 Sen 2023
  • Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
    17:51 20 Sen 2023
  • Qarabağın erməni sakinlərinin reinteqrasiya planı - HAZIRDIR
    17:46 20 Sen 2023
  • SOCAR və Azərbaycan İnvestisiya Şirkəti “Şəfəq” layihəsinə daxil olmaq niyyətindədir - SAZİŞ İMZALANDI
    17:39 20 Sen 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • .....
  • .....
  • Daşınmaz əmlak və ev elanları
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!