Banner

Qarabağ

Laçın peykdən belə görünür - Foto

Laçın peykdən belə görünür - Foto | FED.az
10:36 1 Dek 2020

“Azərcosmos” bu gün Azərbaycana təhvil verilən Laçın rayonunun peyk görüntülərini yayıb.

Eləcə də bax: Laçın rayonunda - Azərbaycan Bayrağı Qaldırılıb - VİDEO

FED.az xəbər verir ki, görüntülər Laçın erməni işğalından azad olunduqdan sonra “Azersky” peyki vasitəsilə çəkilib.

Qeyd edilir ki, Laçın rayonu ötən illər ərzində Ermənistanı Dağlıq Qarabağdakı separatçılar ilə birləşdirdiyi üçün düşmən tərəfdə böyük önəm daşıyıb. 

Laçında son illər ərzində Ermənistan tərəfindən qeyri-qanuni məskunlaşma işləri aparılıb. Laçın Tarix Muzeyindən Azərbaycanın mədəni irsini əks etdirən kolleksiyalar  talan edilib. Təbii sərvətlərlə zəngin Laçın rayonunda olan Turşsu, Qaladərəsi, Nağdalı kimi müalicəvi bulaqlar, VI əsrə aid Alban Ağoğlan məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi və digər mədəni abidələrə qarşı vandalizm əməlləri törədilib.



Banner
Banner

Digər xəbərlər