Laçın Beynəlxalq Hava Limanının tikintisi işləri sürətlə davam etməkdədir.
Prezident: "Gələn ilin sonu, ya da 2025-ci ilin əvvəllərində Laçın hava limanı istismara veriləcək"
FED.az xəbər verir ki, çətin relyefli ərazidə inşa ediləcək hava limanının uçuş-enmə zolağının salınması üçün torpaq qatı hamarlaşdırılır. Bütün bu işlər yekunlaşdıqdan sonra isw hava limanının inşasına başlanılacaq.
Bildirilir ki, Laçın Beynəlxalq Hava Limanı coğrafi baxımdan çox mürəkkəb yerdə yerləşir. Burda böyük həcmdə torpaq işlərinin aparılmasına ehtiyac var.
Ağır texnikalar vasitəsilə qazma işləri aparılır. Texnikaların qaza bilmədiyi nöqtələr isə partladılır.
Kəlbəcər rayonuna isə 60 kilometrlik məsafədə yerləşən hava limanı təkcə Laçına deyil, Kəlbəcərə də gediş-gəlişi asanlaşdıracaq. Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artmasına səbəb olacaq.
Hava limanının gələn ilin sonunda istismara veriləcəyi palanlaşdırılır. (Xezerxeber.az)