Ağalı kəndinə ən yaxın məsafədə yerləşən 110 ha torpaq sahəsi istifadəyə verilmək üçün 5 ha porsellər şəklinə gətirilib.
Qarabağda aqrar torpaqların güzəştlə icarəyə verilməsi qaydaları təsdiqlənib
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlqmasında Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firuddin Tağıyev deyib.
O qeyd edib ki, bununla bağlı martın 1-dən 31-nə kimi kənd əhalisi ilə görüşlər keçiriləcək:
“Onlara təşviqat işləri və tələblər barədə məlumatlar veriləcək. Bundan sonra Elektron Kənd Təsərrüfatı Sistemində müraciətlər qeydə alınacaq. Müraciətlərin sayına görə, həmin ərazidə əlimizdə olan torpaq ehtiyatlarının icarəyə verilməsinə baxılacaq. Burada tələb-təklif məsələsi sual doğura bilər. Bizim orada torpaq ehtiyatımız məhduddur. Ümumiyyətlə azad edilmiş ərazilərimizdə kəndlər ətrafında həmin kəndlərin məskunlaşmış əhalisinə təklif ediləcək torpaq ehtiyatı elə də çox deyil. Tələb təklifi üstələyəcəyi təqdirdə bir porselin bir neçə ailəyə və ya müraciətçiyə təhkim olunması nəzərdə tutulur”. (Apa)