Azərbaycan və əcnəbi sahibkarlar tərəfindən Azərbaycanın azad edilmiş ərazilərində Qarabağ və Şərqi Zəngəzurda layihələrin reallaşdırılması məqsədilə 1300-dən artıq müraciət təqdim olunub.
Eləcə də bax: Zəngilanın Ağalı kəndində bazar fəaliyyətə başlayır - KOBİA-nın dəstəyi ilə - İLK DƏFƏ
FED.az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bəyan edib.
“KOBİA azad olunmuş ərazilərdə layihələrini reallaşdırmaq istəyən sahibkarladan layihələrin toplanması ilə məşğuldur. İndiyədək 1300-dən artıq müraciət təqdim olunub. Həmçinin, bu müraciətlərin təxminən 55%-i 40-a yaxın ölkədən olan əcnəbi sahibkarların payına düşür”, - Məmmədov cümə axşamı Bakıda keçirilən XV Verona Avrasiya İqtisadi Forumunun panel sessiyasında bildirib.
Onun sözlərinə görə, təqdim edilən müracitlərin intensivliyi sahibkarların Qarabağ və Şərqi Zəngəzurda fəaliyyətə maraqlarının çox yüksək olduğunu göstərir.
Məmmədov əlavə edib ki, Qarabağ Azərbaycanın iqtisadi inkişafının təkanverici qüvvəsi olmalıdır. “Ümumilikdə, bu gün Azərbaycanın regionun iqtisadi mərkəzinə çevrilməsi üçün hər çox işlər görülür”, - KOBİA-nın sədri vurğulayıb. (İnterfaks-Azərbaycan)