Bu gecədən etibarən işğal altında olan Kəlbəcər rayonu Azərbaycanın Ordusunun nəzarətinə keçəcək. Erməni hərbi birləşmələri noyabrın 9-da əldə olunmuş üçtərəfli razılaşmaya əsasən Kəlbəcəri boşaldarkən hərbi hissələri, kazarmaları da partlatmağı unutmur.
FED.az xəbər verir ki, “RİA Novosti” Kəlbəcərdə erməni hərbçiləri tərəfindən hərbi hissənin binasının partladılması anını lentə alıb.
Qeyd edək ki, Kəlbəcəri boşaldan ermənilər tək hərbi obyektləri deyil, yaşadıqları evləri yandırır, ağacları kəsir və hətta yaxın qohumlarının məzarlarını qazaraq sümüklərini də özləri ilə aparırlar.