Azərbaycanın Kəlbəcər rayonuna göndərilən tikinti materiallarını rus hərbçiləri çatdırıb.
Eləcə də bax: Erməni tərəfi azərbaycanlı hərbçilərini saxlayıb - Rusiya MN-dən Açıqlama
FED.az xəbər verir ki, Azərbaycan ərazisindəki Rusiya hərbçiləri Kəlbəcər rayonuna tikinti materialları çatdırıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Kəlbəcərdəki sosial obyektlərin və yaşayış binalarının elektrik və su təchizatı sistemlərinin bərpası üçün 20 hərbi maşın və onu müşayiət edən beş texnikadan ibarət Humanitar Yardım Mərkəzinin ikinci karvanı Kəlbəcər rayonuna 150 tondan çox tikinti materialı çatdırıb.
Konvoy Suqovuşan və Vəng yaşayış məntəqələrindən keçib.
Bununla yanaşı, tikniti materiallarının haradan göndərildiyi və nə üçün rus hərbçiləri tərəfindən çatdırıldığı açıqlanmayıb.
Digər tərəfdən, Rusiya Müdafiə Nazirliyi inadkarlıqla Suqovuşan yaşayış məntəqəsini Maqadiz kimi adlandırmaqda davam edir.