Kəlbəcər şəhərinə bütövlükdə tikiləcək evlərə 2024-cü ildə ilk olaraq 5 268 nəfər, ümumi yaşayış məntəqələrinə isə 12 534 nəfər əhalinin köçürülməsi planlaşdırılır.
Kəlbəcərdə 2026-cı ilədək aparılacaq bərpa-quruculuq işləri - AÇIQLANIB
FED.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov Kəlbəcərdə keçirilən Şəhərsalma İşçi Qrupunun iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Tədbirlər Planına əsasən, əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi fəaliyyət istiqaməti üzrə Kəlbəcər rayonunda 2026-cı ilədək 3 450 evin (1 927 fərdi yaşayış evinin və 1 523 mənzilin) tikilərək istismara verilməsi nəzərdə tutulur.
"İllər üzrə bölgüyə gəlincə, 2024-cü ildə 1 115 evin, 2025-ci ildə 725 evin, 2026-cı ildə 1 610 evin inşası həyata keçiriləcək", - N.Hümmətov bildirib. (Report)