Məlum olduğu kimi, 2020-ci il noyabr ayının əvvəli erməni bloger, Ermənistanda müxtəlif dövlətyönlü ictimai təşkilatların rəhbəri, müharibə vaxtı işğal altında olan yerlərdə poz verən Gevorq Sujyanın öz adamları ilə birgə Kəlbəcərdə, İstisuda çəkib öz Facebook səhifəsində paylaşdığı videonu həmin səhifədən 6000-dən çox adam paylaşıb, daha sonra bütün sosial şəbəkələrdə yayılmışdı.
Həmin videoda Gevorq Sujyan Kəlbəcərdə İstisuda üzərək kef çəkdiyini, tezliklə Bakıya çatıb Xəzərdə üzəcəyini bildirir, Azərbaycan tərəfinin ünvanına ağır formada təhqiredici ifadələr işlədir.
Müharibənin gərgin vaxtında, Ermənistanın cəbhədə öldürülmüş hərbçilərin cəsədinin əlindən tərpənə bilmədiyi bir vaxtda belə bir videonun hazırlanması, təbii ki, Ermənistan xüsusi dövlət strukturlarının Azərbaycana qarşı çirkin informasiya müharibəsi, erməni gənclərini psixoloji cəhətdən toparlamaq cəhdindən başqa bir şey deyildi.