2023-cü ilin yanvar-sentyabr aylarında işğaldan azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 3 milyard 870 milyon 593 min manat vəsait xərclənib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, bu göstərci illik müqayisədə 2 milyon 41 min 728 manat və ya 2,1 dəfə artıb. 2022-ci ilin eyni dövründə yönəldilmiş vəsaitlərin məbləği 1 milyard 828 milyon 865 min manat təşkil edib.
Şərqi Zəngəzur İqtisadi Rayonunda bu ilin 9 ayında ümumilikdə 2 milyard 523 milyon 910 min manat xərclənib. Həmin xərclər illik müqayisə ilə 2,3 dəfə artıb. Keçən ilin eyni dövründə bu rəqəm 1 milyard 113 milyon 540 min manat idi.
Cəbrayıl rayonuna 334 milyon 275 min manat, Kəlbəcər rayonuna 650 milyon 370 min manat, Qubadlı rayonuna 188 milyon 331 min manat, Laçın rayonuna 983 milyon 44 min manat, Zəngilan rayonuna 367 milyon 890 min manat, Ağdam rayonuna 128 milyon 460 min manat, Füzuli rayonuna 585 milyon 624 min manat, 38,1 min manat, Xocavənd rayonuna 87 milyon 304 min manat, Şuşa şəhərinə isə 332 milyon 301 min manat vəsait sərf olunub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə yönəldilmiş vəsaitlər Cəbrayıl rayonu üzrə 2,4%, Kəlbəcər rayonu üzrə 3,2 dəfə, Qubadlı rayonu üzrə 84,7, Laçın rayonu üzrə 7,5 dəfə, Zəngilan rayonu üzrə 4,3%, Ağdam rayonu üzrə 2,7 dəfə, Füzuli rayonu üzrə 97,7%, Xocalı rayonu üzrə 39,9%, Xocavənd rayonu üzrə 66,5%, Şuşa şəhəri üzrə 2,1 dəfə artırılıb.
Azad edilmiş rayonlar |
2023-cü ilin ilk 9 ayı min manatla |
2022-ci ilin ilk 9 ayı Min manatla. |
Laçın |
983043 |
130681 |
Kəlbəcər |
650370 |
201541 |
Füzuli |
585624 |
296210 |
Zəngilan |
367889 |
352776 |
Ağdam |
341420 |
128459 |
Cəbrayıl |
334275 |
326598 |
Şuşa |
332300 |
159224 |
Qubadlı |
188330 |
101942 |
Xocavənd |
87304 |
131339 |
Xocalı |
38 |
95 |
Cəmi |
3870593 |
1828865 |