“İşğaldan azad olunmuş ərazilərə 232 milyon ABŞ dolları məbləğində investisiyanın qoyulması və orada 4 300-dən çox iş yerinin yaradılması nəzərdə tutulur”.
Gələn il Xankəndi və Ağdərədən büdcəyə gəlirlər daxil olacaq
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı bildirib.
“Dövlət əmlakının özəlləşdirilməsi prosesi də uğurla davam etdirilir. Özəlləşdirməyə görə bu ilin 10 ayında büdcəyə 108 milyon manat daxil olub”, - deyə nazir bildirib.