“Əliyalın insanlara qarşı, qadına, uşağa, qocalara qarşı nə qədər çirkin əməllər etmişdilər, hərbi cinayətlər törətmişdilər. Vaxtilə bizi hədələyənlər indi məhkəmə qarşısında cavab verirlər”.
FED.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Ağdərə sakinləri ilə görüşdə ermənilərin “məşhur arzusu” barədə danışarkən deyib.
“Biz Bakıya tanklarla gəlib Bakıda çay içəcəyik”, - deyirdilər. Mən isə demişəm, indi tanklar da Bakıdadır - Qənimətlər Parkında, çay da içirlər lazım olan yerdə və xalq qarşısında, qanun qarşısında cavab verəcəklər. Ədalət budur! Ədalətin təntənəsi budur!”, - deyə Prezident bildirib.