Füzuli şəhərində növbəti iki yaşayış kompleksinin də layihələndirmə işləri yekunlaşmaq üzrədir.
FED.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda baş Prokurorluğun təşkilatçılığı ilə keçirilən "Konstitusiya və Suverenlik: Hüquqi Dövlətin təməli" adlı konfransda çıxışı zamanı deyib.
"Füzuli şəhərində ilk yaşayış kompleksində hazırda 850 ailə yaşayır. Növbəti iki yaşayış kompleksinin də layihələndirmə işləri yekunlaşmaq üzrədir və hazırda dövlət ekspertiza mərhələsindədir. Sentyabr-oktyabr aylarında dövlət satınalmalar proseduru çərçivəsində tenderə çıxarılması gözlənilir. Bunun da nəticəsində biz ilin sonuna qədər Füzuli şəhərində növbəti yaşayış kompleksinin tikintisinə başlayacağıq", - o bildirib. (Report)