Ermənistanın baş naziri Nikol Paşinyan sərhədin deeskalasiyası və gərginliyin azaldılması üçün Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlara hazır olduğunu bildirib.
FED.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Fransa prezidenti Emmanuel Makronla telefon danışığında bildirib.
“Baş nazir Paşinyan Azərbaycan prezidenti ilə gərginliyin azaldılması istiqamətində təcili müzakirələr aparmağa hazır olduğunu bildirib”, - deyə Ermənistan hökumətinin mətbuat xidməti bildirib.
Bununla yanaşı, Azərbaycan rəhbərliyi ilə danışıqlar aparmağa hazır olduğunu bildirsə də, Paşinyan və Fransa prezidenti Makron yenə də Azərbaycanın daxili işlərinə qarışaraq «Laçın dəhlizi» və Qarabağdakı vəziyyət barədə müzakirə aparıblar.
Paşinyan elan edib ki, o 2022-ci il oktyabrın 6-da Praqada və 2023-cü il mayın 14-də Brüsseldə imzalanan razılaşmalara və bütün məsələlərin konstruktiv atmosferdə müstəsna olaraq diplomatik üsullarla həllinə yanaşmaya sadiqdir.
Bu açıqlamaya baxmayaraq, Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan Azərbaycanla sərhədə qoşun toplayır və bu gün Naxçıvna istiqamətindəki Azərbaycan mövqeləri atəşə tutulub.