Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərində 1267 mənzilli 2-ci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olublar.
Ağdam şəhərindəki 2-ci yaşayış məhəlləsində 1268 mənzil inşa edilir
FED.az xəbər verir ki, dövlət başçısına və xanımına məlumat verilib ki, ümumi sahəsi 14 hektara yaxın olan yaşayış kompleksi Ağdamın mərkəzi küçəsində, şəhərin təsdiq edilmiş Baş Planına uyğun salınıb.
Burada tikilən yaşayış binalarındakı mənzillərdən 114-ü birotaqlı, 464-ü ikiotaqlı, 536-sı üçotaqlı, 154-ü isə dördotaqlıdır.
Ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq kompleksdəki binaların inşasında modern memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunur. Burada idman meydançalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur.