2022-ci ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 2 milyard 200 milyon manat nəzərdə tutulub.
Eləcə də bax: Prezident gələn ilin dövlət büdcəsini - TƏSDİQLƏYİB
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu"nda göstərilir.
Qeyd edilib ki, iqtisadi fəaliyyətlər üzrə 5 milyard 947 milyon 158 min manat, o cümlədən nəqliyyat və rabitə üzrə 232 milyon 923 min manat, iqtisadi və kommersiya fəaliyyəti üzrə 56 milyon 68 min manat, tikinti və şəhərsalma üzrə 4 milyard 991 miylon 670 min manat, dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) 2 milyard 789 milyon 800 min manat, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üzrə 2 milyard 200 milyon manat, geodeziya və faydalı qazıntılar 8 milyon 176 min manat, yanacaq və enerji kompleksi 1 milyon 900 min manat, iqtisadi fəaliyyət ilə bağlı digər xidmətlər üzrə 656 milyon 420 min manat xərclənməsi planlaşdırılır.