Qarabağ

İşğaldan azad olunan Şuşada ilk Azərbaycan radiosu - ASAN Radio Oldu - VİDEO

İşğaldan azad olunan Şuşada ilk Azərbaycan radiosu - ASAN Radio Oldu - VİDEO | FED.az
20:00 12 Noy 2020

Şuşa şəhəri 28 il sonra – 2020-ci il noyabrın 8-də işğaldan azad olunub.

ASAN Xidmət- dəın FED.az-a bildiriblər ki, ASAN Radio işğaldan azad olunan Şuşada səslənən ilk Azərbaycan radiosu oldu.

Bildirilib ki, operativ məlumat dalğası - ASAN Radio Azərbaycanda 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. Radionu asanradio.az saytından və mobil tətbiqlərdən dinləmək olar.

Xatırladaq ki, ASAN Radio Prezident İlham Əliyevin tapşırığı ilə 2015-ci ildə ASAN XİDMƏT-in tabeliyində yaradılıb. Elə həmin ilin dekabrın 24-də yayıma başlayıb. Bu il ASAN Radionun fəaliyyətinin 5 ili tamam olur.

Digər xəbərlər