Tezliklə Füzuli və Ağdamda 2 mərkəzi xəstəxananın tikintisinə başlanılacaq.
Eləcə də bax: Vahid Hacıyev: "Zəngilanda yaşayış məntəqələri iki və üç mərtəbəli olacaq"
FED.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Naftalan - Sağlamlıq və turizmin sinerji mənbəyi. Regionda yeni rellıqlar" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.
O bildirib ki, işğaldan azad olunan ərazilərin 13 faizi minalardan təmizlənib və buna paralel olaraq da yenidənqurma işləri aparılır. (Apa)