İrəvan Bakıya məlumat verib ki, Laçın yolunun başlanğıcında Ermənistan-Azərbaycan sərhədində silahlı qüvvələr əvəzinə Ermənistan Sərhəd Qoşunlarını yerləşdirməyə hazırlaşır.
Hakim yüksəklik, yollar, geniş sahələr nəzarətə götürülüb - MÜDAFİƏ NAZİRLİYİ
FED.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan məlumat verib.
Onun sözlərinə görə, əldə olunmuş razılığa əsasən, Kornidzor körpüsü vasitəsilə Ermənistana, sonra yenidən Azərbaycan ərazisinə və yenidən Ermənistana daxil olan müvəqqəti marşrut 2023-cü il aprelin 1-dək qüvvədə olmalıdır.
“Dünən biz Azərbaycana məlumat vermişik ki, Kornidzor körpüsündən sonra yol yalnız Ermənistan ərazisində davam etdiriləcək və Ermənistan Sərhəd Qoşunları bu sahədə dövlət sərhədinin mühafizəsini təmin edəcəklər. Sərhəd qoşunları bu sahədə Ermənistan Müdafiə Nazirliyinin bölmələrinin yerləşdiyi mövqelərdə yerləşdiriləcək”, - Paşinyan cümə axşamı hökumətin iclasında deyib.
O qeyd edib ki, Ermənistab mövqelərində heç bir dəyişiklik baş verməyib. "Fərq ondan ibarətdir ki, biz orada Silahlı Qüvvələrin bölmələri əvəzinə sərhəd qoşunu yerləşdirmək niyyətindəyik. Biz də eyni təkliflə Azərbaycana müraciət etdik", - Paşinyan izah edib.
O qeyd edib ki, Ermənistan hökuməti sülh gündəminə sadiqliyini təsdiqləyir. (İnterfaks-Azərbaycan)