İran Azərbaycanın işğaldan azad edilmiş Cəbrayıl rayonunda xəstəxana tikməyi planlaşdırır.
Eləcə də bax: “Naxçıvana quru yolla səfərlər bərpa olunacaq” - İRANLI NAZİR
FED.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyyid Abbas Musəvi deyib.
Onun sözlərinə görə, bu layihə bu gün Bakıda keçirilən, Azərbaycanla İran arasında İqtisadi, Ticarət və Humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 15-ci iclasında elan ediləcək.
Səfir əlavə edib ki, İranın işğaldan azad edilmiş ərazilərlə bağlı digər layihələri də var. (Report)