Prezident İlham Əliyevin qarşımızda qoyduğu əsas vəzifə Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində yurdlarından məcburi köçürülmüş vətəndaşlarımızın öz ata-baba yurdlarına qaytarılmasıdır. İlin sonunadək yüzlərlə şuşalının öz doğma yurdlarına köçürülməsi planlaşdırılır. Bununla bağlı hazırda ilkin olaraq 23 yaşayış binasının tikintisi davam etdirilir.
Bu il Qarabağa və Şərqi Zəngəzura qayıdacaq ailələrin sayı - AÇIQLANIB
FED.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşada keçirilən “Qurtuluşdan Zəfərə” mövzusunda beynəlxalq konfransda səsləndirib.
Aydın Kərimov diqqətə çatdırıb ki, Azərbaycan Prezidentinin müvafiq tapşırıqlarına uyğun olaraq Şərqi Zəngəzur və Qarabağda aparılan bərpa-quruculuq işləri çərçivəsində Şuşada da bir çox məsələlər öz həllini tapıb. İri layihələrin həyata keçirildiyini diqqətə çatdıran Aydın Kərimov qısa müddət ərzində Şuşada 13 abidənin, o cümlədən iki məscidin tam şəkildə bərpa edildiyini bildirib.
O deyib ki, Şuşanın kommunal və yol infrastrukturunun yenidən qurulması istiqamətində bir çox işlər görülüb.
İşğaldan azad edilən ərazilərimizdə Türkiyə şirkətlərinin səmərəli fəaliyyətini xüsusi qeyd edən A.Kərimov yeni Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun salınmasında onların işlərini yüksək qiymətləndirib.