Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi müzakirə edəcək.
FED.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Vladimir Putinlə azərbaycanlı həmkarı İlham Əliyev arasında Səmərqənddə keçirilən danışıqların gündəliyi ilə bağlı danışarkən bildirib.
“Biz liderlərin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edəcəklərinə ümid edirik ”, deyə Kremlin sözçüsü vurğulayıb. (Apa)