Martın 31-də Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə zəng edib.
Prezidentin Mətbuat Xidmətinin yaydığı məlumata əsasən telefon danışığında Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyət müzakirə olunub. Söhbət zamanı 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatların bütün müddəalarının ARDICIL SURƏTDƏ (fərqləndirmə FED.az-ındır) həyata keçirilməsinin vacibliyi vurğulandı.