Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, xanımı Mehriban Əliyeva və oğulları Heydər Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib, burada hərbi hissənin açılışında iştirak ediblər.
FED.az xəbər verir ki, Ali Baş Komandan hərbi hissəyə döyüş bayrağını təqdim edib.
Sonra dövlətimizin başçısı, xanımı və oğlu təlim mərkəzi ilə tanış olub və təlim fəaliyyətini izləyiblər.