Mayın 28-də Ağdama səfər edən Prezident İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunun təməlqoyma mərasimində iştirak edib.
Eləcə də bax: İş adamları Ağdama 110 milyon manat yatıracaqlar - PREZİDENT AÇILIŞDA
FED.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edək ki, bu layihə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı işlərin tərkib hissəsidir.
Məlumat verildi ki, 14 kilometrlik hissəsi Bərdə şəhərindən və bir neçə yaşayış məntəqəsindən keçəcək yolun uzunluğu 44.5 kilometrdir.
Dövlətimizin başçısının tapşırığına əsasən bu avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olacaq. Avtomobil yolu Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, bu rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək.
Prezident İlham Əliyev yolun təməlini qoydu.