“Şuşa” hoteli və “Xarıbülbül” hotelinin ikinci korpusunun inşası davam etdirilir”.
Xidmət direktoru: "Bu ilin sonuna qədər Şuşada 23 binadan ibarət 450 mənzil istifadəyə veriləcək"
FED.az xəbər verir ki, bunu açıqlamasında Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin Mənzil-Kommunal Təmir Xidmətinin direktoru Nicat İsgəndərov deyib.
Onun sözlərinə görə, hotellər qısa müddətdə istifadəyə veriləcək.
N.İsgəndərov bildirib ki, artıq bu ilin yayında Böyük Qayıdış planına uyğun olaraq birinci qrupa daxil olan Şuşa sakinləri şəhərə qayıdacaqlar:
“Bununla paralel olaraq iaşə obyektlərin tikinti işləri aparılır. İlin sonuna kimi 10 iaşə obyekti vətəndaşların ixtiyarına veriləcək”. (Report)