Azərbaycan hökuməti iş admmlarını işğaldan azad edilmiş ərazilərlə biznes qurmağa, bu ərazilərin inkişafında aktiv iştirak etməyə çağırıb.
Laçında tekstil fabriki fəaliyyətə başlayacaq
FED.az xəbər verir ki, bu məsələlər ötən həftə Xankəndi şəhərində keçirilən iclasda müzakirə edilib.
Qeyd edək ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində İqtisadi məsələlər üzrə işçi qrupu fəaliyyət göstərir.
İş adamları ilə bağlı məsələlər bu işçi qrupunun iclasında müzakirə olunub. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, işçi qrupun rəhbəri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev işğaldan azad edilmiş ərazilərin inkişafı üçün aparılan işlər və infrastruktur layihələri barədə məlumat verib.
Nazir müavini bildirib ki, işğaldan azad olunmuş ərazilərdə iqtisadi canlanmanın sürətlənməsi və bu ərazilərin iş adamları üçün cəlbediciliyinin artırılması üçün işlər aparılır. Bura vergi və gömrük güzəştləri, sahibkarların kreditlərə çıxışının asanlaşdırılması, DSMF ödənişlərinin dövlət tərəfindən ödənilməsi kimi addımlar aiddir.
Xankəndi, Ağdərə və Xocalıda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov bu ərazilərlə aparılan işlər, o cümlədən əhalinin öz yurdlarına qayıdışı barədə məlumat verib.
Xüsusi nümayəndə bildirib ki, bölgədə müxtəlif sahələrdə biznes qurmaq üçün əlverişli imkanlar var və iş adamları biznes fürsətlərindən istifadə edə bilərlər.
Qeyd edilib ki, Xankəndi şəhərində və ətraf rayonlarda sahibkarlar tərəfindən müxtəlif layihələr icra olunur və bu layihələrdə əsasən qayadan əhali çalışır.