Banner

Qarabağ

Hikmət Hacıyevdən Laçın dəhlizinə dair - Açıqlama

Hikmət Hacıyevdən Laçın dəhlizinə dair - Açıqlama | FED.az
16:46 5 Noy 2020

“Sərhədsiz reportyorlar təşkilatının 80 nəfər yerli və xarici jurnalistin Xankəndidən təhlükəsiz çıxa bilməməsi ilə bağlı açıqlaması ilə əlaqədar bildiririk ki, Laçın dəhlizi vasitəsilə Xankəndi ilə Ermənistan arasında yolu bağlayan məhz Ermənistandır”.

Eləcə də bax: “Hərbi hissələri Xankəndidə cəmləşmişdi, biz bunu etməli idik”

FED.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

“Dünən Ermənistan tərəfi açıqlama verərək yolu bağladığını bildirib.

Ümumiyyətlə, Xankəndindən Ermənistana iki yol var. Biri Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisindən keçərək, Ermənistanın Vardenis rayonuna doğru gedir.

Digər yol isə Laçın dəhlizi vasitəsilədir. Bu günə olan məlumata görə, hər iki yol Ermənistan Silahlı Qüvvələrinin nəzarətindədir”, – deyə H.Hacıyev qeyd edib. (Oxu)

Banner
Banner

Digər xəbərlər