Prezidentin köməkçisi Hikmət Hacıyev brifinq keçirir.
FED.az xəbər verir ki, brifinq, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində dəyən zərərin kompensasiya edilməsinə həsr edilib.
*****
Erməni atəşləri nəticəsində 3700 dən artıq obyektə zərər dəyib. Onların byöük hissəsi fərdi yaşayış evləridir. Onların arasfında tamamilə və qisməne dağılanlar var. Yardımçı tikililər də var. Çoxmənzilli binalar sosial obyektlər, ticarət və iaşə binaları, ictimai ibinalar həta məscidlər və kilsələr də var. Eləcə də tələb olan mal qara da var.
****
Ümumilikdə 9 şəhər və rayon - Ağdam Ağcabədi, Beyləqan, Gəncə, Mingəçevir, Tərtər, Bərdə, Cəbrayıl, Naftalan şəhərlərinə dəyən zərər qiymətlənliriləcək. Bunun üçün 11 işçi qrup yaradılıb. Çünki Tərtər üzrə 3 işç qrup yaradılıb
****
Brifinqdə qeyd edilib ki, dəyən zərərin qiymətləndirilməsi zamanı özəl qiymətləndiricilərin də cəlb edilməis gözlənilir. Bu da dövlət özəl sektor arasında əməkdaşlığın nümunəsi olacaq.
****
Prezidentin köməkçisi bildirib ki, söhbət sentyabrın 27-dən sonra aparılan hərbi əməliyyatlar nəticəsində ölkəmizə dəyən zərərdən gedir.
****